TEZ-TEZ VERİLƏN SUALLAR
Siz turist vizası ilə Taylandda ölkəyə girişdən sonra 60 gündən artıq olmamaq şərtilə qala bilərsiniz.
Xeyr, ala bilməzsiniz. Konsulluq Sizin viza alma müraciətinizi rədd edəcəkdir. Turist vizasının alınması üçün Siz iki tərəfli biletin ya özünü ya da bilet bronunu konsulluğa təqdim etməlisiniz.
Adətən, bəli, amma 100% zəmanət verilmir. Konsulluq Taylanda giriş vizasını verir, ancaq ölkəyə giriş və qalma barədə son qərarı miqrasiya xidmətinin zabiti verir. Əgər O, Sizin Miqrasiya aktının B. E. 2522 (1979 ildən ) “girişə qadağalı” kategoriyaya aid olmanıza müəyyən səbəblər taparsa Taylanda girişə icazə verməyə bilər.
Xeyr, Azərbaycandakı Kosulluq vizanı yeniləyə bilməz. Siz butun prosedurları keçib yeni viza almalısınız.
Xeyr, Konsulluq ekspres xidmətlər göstərmir, adi vaxtlarda vizanın verilmə müddəti 3 iş günüdür. Pik sezonlarda isə 5 iş günüdür.
Bəli, Siz bankda depozit hesabını da göstərməlisiniz.
Xeyr, qəbul etmir. Ödəniş ancaq nəğd və ABŞ dollarındadır.
Biz vizanın 3 ay əvvəldən alınmasını tövsiyyə etmirik, çünki vizanın müddəti keçə bilər. (viza müddəti 3 aydır)
Taylanda giris zamanı pasportun müddəti ən az 6 ay olmalıdır.
Xeyr, buna ehtiyac yoxdur. Siz şəxsiyyət vəsiqəsini etibarlı adama versəniz O, əvəzinizdən pasportu götürə bilər.
XƏBƏRLƏR
10 Yanvar 2023Bakıda yerləşən Thailand Konsulluğu Thailanda viza vermir. Viza almaq üçün Ankarada yerləşən Thailand Səfirliyinə müraciyət etmək lazındır. Məlumat üçün: www.thaiconsulate.az və www.ankara.thaiembassy.org
20 oktyabr 2015Tayland Krallığının səfirliyi bildirir ki, Tayland höküməti 13 noyabr 2015-ci il tarixindən etibarən çoxdəfəli turist vizasına (METV) icazə verəcəkdir. Vizanın müddəti altı (6) ay, qalma müddəti isə altmış (60) günə kimi olacaqdır. Bu viza iki və ücdəfəli vizaları əvəz edəcəkdir.
18 sentyabr 2015İkitərəfli əlaqələrin güçləndirilməsi və Azərbaycan – Tayland arasında turizmin inkişafı məqsədilə Zati-aliləri cənab Tharit Charungvat, Taylandın Azərbaycan Respublikasındakı səfiri (Türkiyə rezidentliyi ilə) 14-18 sentyabr tarixlərində Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşları, Mədəniyyət və Turizm Naziri, Milli Məclis üzvləri və bir sıra Azərbaycan media nümayəndələri ilə görüşmüşdür.
16 sentyabr 2015“Azərbaycanla Tayland arasında ticarətin inkişafı üçün çoxlu imkanlar var ...”. Cənab Tharit Charungvat, Taylandın Azərbaycan Respublikasındakı səfiri (Türkiyə rezidentliyi ilə) 16 sentyabr 2015-ci ildə Trend agentliyinə eksklüziv müsahibə vermişdir.